ru  |  en Twitter Facebook RSS

"PALMA" İstirahət Mərkəzi

Nabran, Azərbaycan Respublikası

"Palma" İstirahət Mərkəzi

Cazibədar, əsrarəngiz istirahət ocağı!

"Palma" İstirahət Mərkəzi Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Nabran zonasında, Xəzər dənizinin sahilində yerləşir. İstirahət Düşərgəsinin ümumi sahəsi 6.5 hektar təşkil edir ki, bunun da 1 hektarını nadir ağac növlərindən ibarət qeyri-adi gözəl meşə tutur. "Palma"da Siz sağlam və tam dəyərli istirahət üçün zəruri olan hər şeyi tapacaqsınız. Dəniz suyu, təmiz hava və ecazkar, möcüzəli təbiət Sizin məzuniyyətinizi unudulmaz təəssüratlarla doldurmaqla yanaşı, səhhətinizi möhkəmləndirməkdə yardımçınız olacaq.
 
    
 
 Sizin istirahətiniz üçün lazım olan hər şey buradadır!
 
Düşərgənin qonaqları çoxsaylı ağaclar, güllər və fəvvarələrin əhatəsində yerləşən rahat və gözəl kotteclərdə yaşayırlar. Meşə zolağının ərazisində inşa edilmiş "Ocaqbaşı" restoran kompleksinin tərkibinə 3 bar, çayxana, kafe, mağaza, diskoteka,150 nəfərlik banket zalı, həmçinin 3 dilli (azərbaycan, ingilis, rus) sinxron tərcümə xidməti olan, ən yüksək səviyyəli 120 nəfərlik konfrans zalı daxildir. Mükəmməl servisi ilə fərqlənən restoranın menyusunda Azərbaycan, rus və Avropa mətbəxinin ən gözəl nümunələri yer alır. 
     
İdman kompleksinin tərkibinə tennis kortu, basketbol, voleybol və badminton meydançaları, stolüstü tennis, bilyard masaları və uşaqlar üçün oyun meydançası daxildir.
 
Almaniya və Türkiyə istehsalı olan etibarlı və eletronik təmizləyici sistemlə təchiz edilmis geniş və rahat 2 ədəd hovuz daim sizin ixtiyarınızdadır. 
 
Hovuzlardan biri 275 m2, digəri 2200 m2 genişlikdədir. Hər 2 hovuzun yanında usaqlar üçün hovuz mövcuddur. Böyük hovuzun yaninda ayrıca olaraq “Aquapark” vardır.