Haqqımızda
Palma Otel 2001-ci ildən bəri Nabran da qonaqlarına xidmət təqdim edən
etibarlı bir istirahət mərkəzidir
Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Nabran zonasında, Xəzər dənizinin sahilində 2001 ilində qapılarını qonaqlarına açan istirahət Düşərgəsinin ümumi sahəsi 7.72 hektar təşkil edir ki, bunun da 1.44 hektarını nadir ağac növlərindən ibarət qeyri-adi gözəl meşə tutur. "Palma"da Siz sağlam və tam dəyərli istirahət üçün zəruri olan hər şeyi tapacaqsınız. Dəniz suyu, təmiz hava və ecazkar, möcüzəli təbiət Sizin məzuniyyətinizi unudulmaz təəssüratlarla doldurmaqla yanaşı, səhhətinizi möhkəmləndirməkdə yardımçınız olacaq. Düşərgənin qonaqları çoxsaylı ağaclar, güllər və fəvvarələrin əhatəsində yerləşən rahat və gözəl kotteclərdə yaşayırlar.
Meşə zolağının ərazisində inşa edilmiş "Ocaqbaşı" restoran kompleksinin tərkibinə 3 bar, çayxana, kafe, mağaza, diskoteka,250 nəfərlik banket zalı, həmçinin 3 dilli (azərbaycan, ingilis, rus) sinxron tərcümə xidməti olan, ən yüksək səviyyəli 120 nəfərlik konfrans zalı daxildir. Mükəmməl servisi ilə fərqlənən restoranlarının menyusunda Azərbaycan, rus və Avropa mətbəxinin ən gözəl yemək növləri yer alır.
İdman kompleksinin tərkibinə tennis kortu, basketbol, voleybol və badminton meydançaları, stolüstü tennis, bilyard masaları və uşaqlar üçün oyun meydançası daxildir. Almaniya və Türkiyə istehsalı olan etibarlı və eletronik təmizləyici sistemlə təchiz edilmis geniş və rahat 2 ədəd hovuz daim sizin ixtiyarınızdadır. Hovuzlardan biri 300 m2, digəri 2200 m2 genişlikdədir. Hər 2 hovuzun yanında usaqlar üçün hovuz mövcuddur. Böyük hovuzun yaninda ayrıca olaraq “Aquapark” vardır.